Riyad Mahrez İlon Maska “qardaş” dedi – FOTO

2022-05-03 23:35:00

Riyad Mahrez İlon Maska “qardaş” dedi – FOTO

“Mançester Siti”nin cinah oyunçusu Riyad Mahrez “Twitter”dəki hesabından mavi təsdiqləyici nişanın müəmmalı şəkildə yoxa çıxmasından sonra şəbəkənin yeni sahibi İlon Maska müraciət edib.

O, iş adamını nişanı bərpa etməyə çağırıb.

“Qardaş, mənim mavi nişanımı geri qaytar” – futbolçu “Twitter”də yazaraq Maskın səhifəsini işarələyib. Bundan sonra onun hesabındakı təsdiqləyici nişan bərpa olunub.

Qeyd edək ki, Mahrezin üç milyondan çox abunəçisi var.

 

 

Oxu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya