“R.İsmayılovun üzərindən müxtəlif çəkilərdə metamfetamin və marixuana aşkar edilib” – DİN-dən iddialara REAKSİYA
.jpg)
“Ötən ilin avqust ayının 13-də Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini R.İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə psixotrop maddə metamfetamin və marixuana aşkar edilərək götürülüb. Həmin şəxs izahatında narkotik vasitələri tanışı Elnur adlı şəxsdən aldığını bildirib”.
Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.
Bildirilir ki, əməliyyat tədbirlərinin davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini E.Qaraşov da saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərindən isə iki büküm psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, müvafiq araşdırmalar aparılıb və cinayət işi ittiham aktı ilə birlikdə rayon məhkəməsinə göndərilib.
“Bundan əlavə bildirmək istəyirik ki, ötən ilin sentyabr ayının 14-də E.Qurbanov Ucar RPŞ-nə müraciət edərək E.Qaraşova məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis şöbəsində cinayət işi açılıb və müvafiq ekspertizalar təyin edilib. Hal-hazırda qeyd edilən oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaşın polis əməkdaşları barədə səsləndirdiyi iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir”, - Nizam Həmidov bildirib.
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya