RF XİN: “Rusiya, İran və Türkiyənin növbəti görüşü baharda keçiriləcək”
2022-01-28 10:16:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, İran və Türkiyənin Suriya məsələsi ilə bağlı yeni görüşünün baharda keçiriləcəyini bəyan edib. Bu barədə açıqlamanı RF XİN rəhbərinin müavini Sergey Verşinin verib. O, Astana prosesinin təminatçısı olan ölkələrin sammitinin keçirilməsi məsələsinin gündəlikdə olduğunu söyləyib.
Verşinin deyib: “Sammit gündəlikdə qalır. Eynilə Astana formatındakı effektli və məhsuldar fəaliyyətin gündəlikdə qaldığı kimi. Bu formatın təşəbbüskarı üç ölkədir – Rusiya, İran və Türkiyə. Bu təşəbbüsə bir sıra digər regional iştirakçılar da qoşulublar”. O, Astana formatında Suriya ilə bağlı növbəti görüşün baharda baş tutacağını xəbər verib.
Hürr Tərcüman