Saat:04:20
Haqqımızda

RF XİN: "Ermənistan Qərbin təzyiqlərinə görə KTMT tədbirlərinə qoşulmur"

2024-02-01 12:56:40

RF XİN:

Hurriyyet.az xəbər verir ki, RF XİN-in KTMT məsələləri üzrə səfiri Viktor Vasilyev "RİA Novosti" agentliyinə müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsinin hazırda gündəlikdə olmadığını bildirib.
Vasilyev deyib: "KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanın iştirak eləmədiyi sessiyasında qəbul edilmiş sənədlər baxılması üçün İrəvana göndərilib. Erməni tərəfi bu sənədlərin bəziləri ilə razılaşdığını bildirib. Bundan belə nəticə çıxarmaq olar ki, Ermənistanın KTMT-dən çıxması məsələsi gündəlikdə deyil".
İrəvanın KTMT tədbirlərində niyə iştirak eləmədiyi sualının cavabında diplomat bunun erməni rəhbərliyinin seçimi olduğunu və təzyiq altında edildiyini söyləyib: "Belə bir vəziyyət daha çox qərbçilərin təzyiqinin, həmçinin Ermənistan rəhbərliyi və sakinlərinin anlaşılan emosiyalarının nəticəsidir".
Vasilyevin sözlərinə görə, Ermənistanın həm ümumi, həm də hərbi-texniki təhlükəsizliyinin KTMT çərçivəsində əməkdaşlıq olmadan təsəvvür eləmək mümkün deyil.
Diplomat deyib: "Rusiya Qərbin bütün regionda vəziyyəti gərginləşdirmək üçün Ermənistandakı vəziyyətdən istifadə eləmək cəhdlərini görür və bu barədə İrəvanı xəbərdar edir".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225030