Saat:07:58
Haqqımızda

RF XİN Azərbaycanla Ermənistanı tez bir zamanda sərhədlərin delimitasiyası Komissiyasını yaratmağa çağırıb

2022-01-21 14:42:00

RF XİN Azərbaycanla Ermənistanı tez bir zamanda sərhədlərin delimitasiyası Komissiyasını yaratmağa çağırıb

Tələsdirirlər, məsələhətlər verəcəklər, Ermənistanın blokadadan çıxışı onlar üçün prioritet məsələdir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan ilə Ermənistan sərhədlərinin delimitasiyası üzrə  Komissiyanın tez bir zamanda yaradılması çağırışı edib.

RF XİN-in Mətbuat Xidməti jurnalistlərə açıqlamasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Moskvanın Bakı ilə İrəvana məsləhətlər verəcəyini bildirib.

Açıqlamada deyilir: “Azərbaycanla Ermənistan sərhədini  delimitasiyası üzrə Komissiyanı mümkün qədər tez formalaşadırmaq və işə başlamasını təmin eləmək, ardından demarkasiya işləri aparmaq lazımdır”.

Sergey Lavrovun rəhbərlik elədiyi idarənin açıqlamasında deyilir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən sonra regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması günün prioritet məsələləridir.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR