Saat:13:58
Haqqımızda

Reyqanın köməkçisi: İrəvan arxivi açsa, dünya... – Video

2022-09-28 17:17:00

Reyqanın köməkçisi: İrəvan arxivi açsa, dünya... – Video

Sosial şəbəkələrdə ABŞ-ın eks-prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə məsləhətçisi olmuş Bryus Feynin “erməni soyqırımı” ilə bağlı açıqlamaları trend halını alıb. O etiraf edib ki, vaxtilə Reyqanın tapşırığı ilə Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə əlaqədar araşdırma aparıb, nəticədə maraqlı faktlar aşkar edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazır.

“O zamanlar Ağ Ev Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı araşdırmalara başladı. Prezident Reyqanın tapşırığı ilə biz Avropa ölkələrinin hərbi arxivlərini və Osmanlı İmperiyasının arxivlərində araşdırmalar apardıq. Bunun nəticəsində məlum oldu ki, erməniləırin “soyqırım” ilə bağlı ittihamları tam olaraq əsassızdır. Guya 2 milyon erməninin öldürülməsi barədə iddialar sadəcə olaraq erməni tarixçilərinin təxəyyülünün bəhrəsidir. Sənədlərə əsasən, 1915-ci ildə türklərin özləri soyqırıma məruz qalıb. Anadoluda erməni quldur dəstələri 2,4 milyon türkü məhv ediblər.

Birinci Dünya müharibəsi zamanı ermənilər vətənləri sayılan Osmanlı İmperiyasına xəyanət etmiş və türklərin düşmənlərinə qoşulmuşlar. Ermənilər Qafqaz cəbhəsində Osmanlı İmperiyasına qarşı ruslarla yan-yana vuruşurdular. Onlar türk və gürcü kəndlərini qarət edirdilər, dinc sakinləri öldürürdülər. Bizim təhqiqatımız zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə verdilər, ümumiyyətlə, bütün dövlətlər bu məsələdə öz arxiv qapılarını bizim üzümüzə açdılar. Ermənistan tərəfi isə arxivlərini göstərməkdən imtina etdi. Mənim fikrimcə, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Onda ermənilər bütün dünyadan və xüsusilə də türklərdən üzr istəməli olacaqlar”, - deyə amerikalı siyasətçi qeyd edib.

Qeyd edək ki, Bryus Feyn bu barədə daha əvvəl də fikirlər səsləndirmişdi. Ancaq indi Feynin video-müsahibəsinin Rusiya kanallarında yayılması xüsusi diqqət çəkib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR