“Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcəklər” - ƏHMƏD İSMAYILOV

2023-01-12 13:39:00

“Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcəklər” - ƏHMƏD İSMAYILOV

“Media subyektlərinin reyestrə müraciət etməsi üçün düşünmürəm ki, az müddət qalıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, hələ xeyli vaxt var:

“Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Media Reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcəklər. Onların fəaliyyətlərini davam etdirmələri, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143812