Revanşist Ermənistan 1,7 milyard dollarlıq silah alıb - Rusiyadan açıqlama
2025-05-20 15:10:55
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Beynəlxalq Məsələlər Şurasının analitikasına görə, Ermənistan Hindistanla 1,5 milyard dollar, Fransa ilə isə 250 milyon dollar məbləğində hərbi müqavilələr imzalayıb.
İrəvan Hindistandan "Pinaka", "Konkurs" sistemləri, minaatanlar, ATAGS haubitsaları, "Akash" HHM sistemləri və dron əleyhinə sistemlər almışdı. Həmçinin MR-SAM raketlərinin və "Akash-NG" sistemlərinin tədarükü gözlənilir.
Ermənistan Fransadan "Bastion" zirehli maşınları, "GroundMaster 200" radarları, "Mistral 3" zenit-raket kompleksləri, PGM hücum tüfəngləri və "Ceaser" sistemləri alıb.
Hürr Tərcüman
