Saat:07:23
Haqqımızda

Reuters: Azərbaycan COP29 çərçivəsində yoxsul ölkələr üçün yaşıl investisiya fondu yaratmağı planlaşdırır

2024-07-11 11:59:29

Reuters: Azərbaycan COP29 çərçivəsində yoxsul ölkələr üçün yaşıl investisiya fondu yaratmağı planlaşdırır

Noyabrda Bakıda keçiriləcək COP29 konfransı zamanı Azərbaycan yoxsul ölkələrdə yaşıl investisiyalar fondu yaratmağa hazırlaşır. Bu barədə “Reuters” agentliyi yüksək vəzifəli məmura istinadən yazır.

Qeyd olunur ki, Bakı iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait toplamaq üçün qalıq yanacaq istehsalçılarına vergi tətbiq etməyi təklif etmək planlarından imtina edib. Mənbələrin məlumatına görə, Fars körfəzində neft və qaz hasil edən ölkələr bu verginin tətbiqi ideyasına qarşı çıxıblar.

Mənbələrdən biri qeyd edib ki, "Biz maraqlı tərəflərlə - digər potensial investorlarla - müzakirələrimizin bir neçə mərhələsini keçirdik və biz fond ideyasını potensial investorlar üçün cəlbedici etmək üçün düzəliş etməli olduq". O əlavə edib ki, Azərbaycan yuxarıda qeyd olunan fondun əsas donorlarından biri olacaq.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171798