Saat:11:00
Haqqımızda

Restoranlar nağdsız dövriyyə üzrə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

2025-10-24 00:03:47

Restoranlar nağdsız dövriyyə üzrə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi yükünün azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişiklik nəzərdə tutulur.

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur. \\Milli.Az 


Load Time (S) : 0.258524