Restoranda DƏHŞƏTLİ YANĞIN - 22 ölü, 3 yaralı
2025-04-29 20:53:59
Çinin şimal-şərqində yerləşən Liaoninq əyalətində restoranda yanğın baş verib, onlarla ölən var.
"Hurriyyet.az" “Reuters”ə istinadən xəbər verir ki, yanğında 22 nəfər həyatını itirib, 3-ü yaralanıb.
Yanğının dəqiq səbəbi müəyyənləşdirilməyib.
Çin sədri Si Cinpin hadisəni “Böyük dərs” adlandırıb.
O, rəsmiləri alovun səbəbini müəyyənləşdirməyə və öhdəlik daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.
