Respublikaçı senator: ABŞ Ukrayna böhranında iştirakına son qoymalıdır
“NBC” telekanalına verdiyi müsahibədə nüfuzlu respublikaçı senator, Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bildirib ki, ABŞ-ın Ukraynadakı böhrana son qoymasının vaxtı çatıb.
"Ukraynaya gəlincə, müharibəni kim istəyir? Donald Tramp bunun bitməsini istəyir. O, iş adamı kimi bu məqsədə aparacaq taktikalardan danışmayacaq. Amma başa düşə bilmirəm ki, biz niyə müharibənin bitməsini istəməyək”, deyə senator ifadə edib.
O qeyd edib ki, Rusiya rəhbərliyinə fərqli münasibət ola bilər, lakin onun qiymətləndirməsinə görə, Ukraynada vəziyyət “dalana dirənib”.
"Biz çıxılmaz vəziyyətə pul qoyuruq, bunu həll etmək lazımdır", deyən senator əlavə edir ki, söhbət "sağlam düşüncə"dən gedir.
CNN-ə telekanalına müsahibəsində o, bundan sonra ABŞ-ın praqmatik xarici siyasət yürütəcəyinə söz verib. Eyni zamanda, Rubio Rusiya, Çin, İran və Şimali Koreya arasında daha sıx əlaqələrin ABŞ üçün təhlükə olduğunu qeyd edib və Vaşinqtonun Rusiyanın Avropadakı hərəkətlərinə reaksiya verəcəyini qeyd edib.
Rubio gələcək Amerika administrasiyasında hər hansı bir vəzifə tutacağından danışmayıb. Bununla belə, “The Hill”in yazdığına görə, o, ABŞ dövlət katibi postuna mümkün namizəd hesab olunur.
Ülviyyə, Hurriyyet.az