Rəsmi Tehranın yalanları İFŞA EDİLDİ - Terrorçu ilə bağlı YENİ DETALLAR

2023-01-31 14:16:00

Rəsmi Tehranın yalanları İFŞA EDİLDİ - Terrorçu ilə bağlı YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Hurriyyet.az xəbər verir ki, İrana müxalif olan "Gooya News" saytı bu məsələdə rəsmi Tehranın mövqeyini ifşa edən yazı dərc edib.

1102107.jpg (55 KB)

Məqalədə Tehran polisinin terrorçuya mane olmadığı və hücuma şərait yaratdığı qeyd olunub:

"Tehran polis rəisi, general Hüseyn Rəhimi iddia edib ki, hücum edən şəxs iki azyaşlı uşağının müşayiəti ilə səfirlik binasına daxil olub və “İran polis qüvvələrinin təcili reaksiyasından” sonra həbs edilib. Səfirliyin təhlükəsizlik kameraları tərəfindən hücumun əvvəlindən qeydə alınan videoda avtomobildə təcavüzkardan başqa heç bir sərnişinin olmadığı aydın görünür. Bu, Tehran polis rəisinin ilk yalanıdır.

Tehran polis rəisinin ikinci yalanı İran polis qüvvələrinin dərhal reaksiyasıdır. Bu açıqlamalara cavab olaraq Azərbaycan səfirliyi tərəfindən silahlı şəxsin hücumu ilə bağlı üç video yayımlanıb ki, bu da general Rəhiminin hekayəsinin qeyri-dəqiqliyini açıq şəkildə göstərir".

Sayt yazır ki, Rəhiminin açıqlamalarının əksinə olaraq, Tehran polis qüvvələrinin və təhlükəsizlik əməkdaşlarının "dərhal reaksiyası"ndan əsər-əlamət yoxdur:

63d39ccc721ff63d39ccc72200167481262063d39ccc721fd63d39ccc721fe.jpg (184 KB)

"Əksinə, polis uzun müddət sonra gəlir və səfirlik səlahiyyətlilərini axtardıqdan, yaralılar üçün təcili yardım çağırıldıqdan sonra hadisə yerinə yeni qüvvələr göndərilir".

Məqalədə qeyd olunub ki, İran mediasının təcavüzkarın övladı adlandırdığı gənc qız açıq-aydın anasının səfirlikdə deyil və Azərbaycanda olduğunu və onunla telefonla danışığını deyir: "İran təhlükəsizlik orqanları bu şəxsin ailədaxili münaqişələri ilə Azərbaycan Respublikasının səfirliyinə edilən hücuma pərdə çəkir".

"Gooya News" saytı terrorçu Yasin Hüseynzadə ilə bağlı diqqətçəkən məlumatlara da yer verib.

Yasin Hüseynzadə kimdir?

02 (1).jpg (32 KB)

Sayt terrorçunun SEPAH ilə əlaqəsinə xüsusi yer verib:

"1969-cu ildə Mərəndin Yekan Əliai kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında iştirak edib. İllərlə Təbrizdə İnqilab Keşikçiləri Korpusunda yük maşını sürücüsü işləyıb, SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb və o vaxtdan ticarətlə məşğul olub".

"Gooya News"-un məlumatına görə, o, 7 il Mərənddəki Yaldur məscidinin Bəsic komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqə saxlayır:

"Hətta onun Təbrizdə Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə yaxın vaxtlarda baş verən etiraz aksiyaların yatırılmasında iştirak etdiyi barədə məlumatlar var".

01 (1).jpg (51 KB)

Məqalədə qeyd olunub ki, terrorçunun həyat yoldaşı haqqında çox məlumat yoxdur.

Zəngan polisinin anbarında olan"Kalaşnikov" silahı Yasin Hüseynzadəyə necə çatıb?

22.jpg (72 KB)

"Gooya News" yazır ki, bu, təbii ki, İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır. 

Səfirliyimizə basqında istifadə edilən silah bir neçə il öncə Loristan bölgəsində cinayətdə ələ keçirilib, daha sonra bu silah maddi sübut qismində Zəngan (Zəncan) polisinə saxlanmağa verilib. Belə olduğu halda, Zəngan polisinin anbarında saxlanan avtomat silah hansı yollarla Yasin Hüseynzadənin əlinə keçib? 

Hadisənin terror aktı olduğunu xüsusilə vurğulayan sayt təcavüzkarın keçmişdə SEPAH ilə əməkdaşlığını və Bəsic qüvvələri ilə hələ də əlaqə saxladığını bir daha xatırladaraq əməliyyatın “dəqiq və layihələndirilmiş əməliyyat” olduğunu yazıb.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.249812