Saat:04:39
Haqqımızda

Rəsmi Moskvadan Azərbaycan və Ermənistana çağırış - VİDEO

2023-03-23 16:26:00

Rəsmi Moskvadan Azərbaycan və Ermənistana çağırış - VİDEO

Moskva Bakı ilə İrəvan arasında düşmənçilik ritorikasının və Qarabağda insidentlərin artmasından, tərəflərin güzəştə getmək istəməməsindən bərk narahatdır.

Hurriyyet.az
xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, Rusiya tərəfi dinc danışıqlara alternativin olmaması mövqeyindən çıxış edir və tərəfləri bəyanatlarında təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolu üzrə danışıqları bərpa etməyə çağırır:
“Ermənistan-Azərbaycan normallaşması prosesində Qərb və Aİ meydana çıxdı və genişmiqyaslı problemlər yarandı. Sülh və kömək etmək istəyi ilə bağlı deyilən sözlərin arxasında tam əks hərəkətləri görürük”.

Mariya Zaxarova çıxışı zamanı yenə "Dağlıq Qarabağ" ifadəsini işlədib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR