Saat:05:52
Haqqımızda

RƏSMİ: Futbolda yeni qayda qəbul olundu

2025-06-03 19:47:33

RƏSMİ: Futbolda yeni qayda qəbul olundu

Oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) rəsmən yeni qayda qəbul edib.

Yenilik penalti yerinə yetirilərkən topa 2 toxunuşla bağlıdır.

Yeni qaydaya görə, əgər 11 metrlik cərimə zərbələri zamanı futbolçu topa bilməyərəkdən 2 dəfə toxunarsa və top qapıdan keçərsə, o zaman penalti yenidən yerinə yetirilməlidir. 

Əgər təsadüfən 2 toxunuş zamanı top qapıdan keçməyibsə, müdafiə olunan komandanın lehinə sərbəst zərbə təyin olunacaq.

Bu qayda oyunsonrası penaltilər seriyasına da şamil ediləcək.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə oxşar vəziyyətə görə ən mübahisəli məqam "Atletiko" və "Real Madrid" arasında UEFA Çempionlar Liqasının 1/8 finalında baş verib. Həmin matçda penaltilər seriyası zamanı "Atletiko"nun üzvü Xulian Alvaresin ayağı təsadüfən 2 dəfə topa toxunduğunu görə hakimlər onun zərbəsini qol saymayıblar.

Bu səbəbdən "Atletiko" Çempionlar Liqasında mübarizəni dayandırıb. Əgər yeni qaydalar həmin vaxt tətbiq olunsaydı, Alvares zərbəni təkrarlamalı idi. \\Offsideplus.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172622