Rəsmi Bakıdan ABŞ-nin Ermənistandakı səfirinə - Cavab
2023-03-10 17:36:00

“Laçın yolu normal nəqliyyat üçün hər zaman açıq olub və qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb”.
Hurriyyet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə öz tviter hesabında ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvienə cavabında qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək məqsədilə əlindən gələn bütün tədbirləri görür: “Şəffaflıq və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sərhəd nəzarət məntəqəsinin olması mütləqdir”.
Qeyd edək ki, səfir Kristina Kvien öz tviter hesabında Laçın yolunun normal hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”. (qafqazinfo)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya