Rəsmi Ankara Ağ Evdən Pelosinin sözlərinə görə AÇIQLAMA TƏLƏB ETDİ

2022-09-19 16:26:00

Rəsmi Ankara Ağ Evdən Pelosinin sözlərinə görə AÇIQLAMA TƏLƏB ETDİ

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tamam uzaq, qərəzli baxışı yansıdan və diplomatik səyləri sabotaj edən açıqlamaları əsla qəbuledilməzdir.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və bərabərindəki lobbi dəstəkli bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.

“Bölgədə davamlı barış və stabilliyə şiddətlə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan Ana Vətən torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”, - o vurğulayıb. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055199