Saat:07:48
Haqqımızda

Rəşid Mahmudov rüşvətxor məmurlara səsləndi: “Bilmirsənmi, bunun axırı sənin üçün necə qurtaracaq?”

2021-09-20 17:52:00

Rəşid Mahmudov rüşvətxor məmurlara səsləndi: “Bilmirsənmi, bunun axırı sənin üçün necə qurtaracaq?”

“Bəzi məmurlar bəlkə də arxayındırlar ki, onların rüşvətxorluqlarının, qanunsuz işlərinin üstü açılmayacaq”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri ən yüksək səviyyədə edilən xəbərdarlıqlara baxmayaraq, bir çox məmurların rüşvət və başqa qanunsuz əməllərə yol vermələrinə münasibət bildirən Tibb Universitetinin dosenti Rəşid Mahmudov Yenicag.az-a açıqlamasında deyib.

Rəşid Mahmudov heç bir qanunsuz əməlin cəzasız qalmayacağını bildirib:

“Əvvəla, bunu nəzərə almaq lazımdır ki, prezident bu və ya başqa vəzifəyə təyin etdiyi kadrların hamısını şəxsən tanıyıb, onların hər birinin işinə nəzarət edə bilməz.

Əgər vəzifəyə qoyulan kadr prezidentin ona verdiyi tapşırıq və təlimata baxmayıb, rüşvətə qurşanırsa, dövlətin malını talayanların dəstəsinə qoşulursa, buna görə özü də, onun təqdimatını verənlər də məsuliyyət daşımalıdır.

Vallah, onları başa düşmək olmur. Adam, prezident səni vəzifəyə qoyur və konkret tapşırıq verir ki, bu cür işlə. Niyə işləmirsən? Nəyə görə gedib qanunsuz əməllər törədirsən? Bilmirsənmi, bunun axırı sənin üçün necə qurtaracaq?

O baxımdan, hər kəs öz məsuliyyətini aydın dərk etməlidir. İrəli çəkilənlər də başa düşməlidirlər ki, onları həmin vəzifəyə niyə təyin ediblər. Bəzi məmurlar bəlkə də arxayındırlar ki, onların rüşvətxorluqlarının, qanunsuz işlərinin üstü açılmayacaq.

Amma onlar yanılırlar. Bunun tezi-geci var. Heç bir qanunsuz iş cəzasız qalmayacaq. Ona görə də, vəzifədəki məmurlar doğru-düzgün işləməli, xalq üçün az-çox gün ağlamalıdırlar. Başqa cür olmaz”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR