Rəsədxana mübahisəyə son qoydu: “İstənilən şəxs gəlib Ayı izləsin”

2022-05-03 21:54:00

Rəsədxana mübahisəyə son qoydu: “İstənilən şəxs gəlib Ayı izləsin”

Bu il mayın 2-i, şəvval ayının 1-i Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayramdır.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bir neçə gün öncə bayram namazının vaxtını da açıqlayıb.

Lakin bəzi din xadimləri ayın görünmədiyini və bu səbəbdən bayramın mayın 3-də keçirilməli olduğunu söyləyiblər. Buna görə də Bakıda bəzi məscidlərdə bayram namazı üçün gedənlər geri qayıdıb.

Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasıdan Cebhe.info-ya bildiriblər ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvası əsas götürülməlidir:

"Rəsədxana olaraq biz Qafqaz Müsəlmanları İdarəsinə öz hesablamalarımızı, ayın görünməsini, onun hansı vəziyyətdə olmasını, fazaları ilə birlikdə təqdim etmişik. QMİ ona əsasən də fətva verib. Yəni Qafqaz Müsəlmanları İdarəsinin fətvası əsasdır".

Rəsədxanadan qeyd ediblər ki, istənilən şəxs sabah gəlib, 2-3 günlük ayı izləyə bilər. \\Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya