“Rəşadət” ordenli şəhid

2022-08-23 11:15:00

“Rəşadət” ordenli şəhid

Masallı rayonunun Çaxırlı kəndində dünyaya göz açan Kənan Natiq oğlu Şahbazov  44 günlük İkinci Qarabağ müharibəsində  doğma Azərbaycanın ərazi bütövlüyü uğrunda ağır döyüşlərdə ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərdi. Vətən sevdalısı son nəfəsə qədər düşmənlə vuruşdu,  ağır müharibə zamanı  ona qan  uddurdu. Və beləcə  döyüş meydanında Kənanın  şəhidliyi  onu ölməzliyə qovuşdurdu. Milyonların ürəyinə köçən  Kənan   Şahbazov həm də dövlət tərəfindən  ölümündən sonra  3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb. Orden şəhidin anasına təqdim olundu.

Mərasimdə  şəhidin  şərəfli həyat və döyüş yolu, torpağa, Vətənə olan hədsiz sevgisindən danışdılar.  Hamı bir ağızdan bildirdi ki, Kənan müqəddəs bir yolda şəhid olub, onun adı heç vaxt şirin dillərdən düşməz. Şəhidin ailə üzvləri göstərilən diqqət görə minnətdarlıq etdilər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057696