Rəşad Dağlının ittihamı ağırlaşdırıla bilərmi? - Vəkil açıqladı + VİDEO

2022-11-30 15:43:00

Rəşad Dağlının ittihamı ağırlaşdırıla bilərmi? - Vəkil açıqladı + VİDEO

“Tanınmış meyxanaçı Rəşad Dağlının istintaqının gedişindən aslı olaraq, ona elan olunmuş ittiham maddəsinin dəyişdirilməsi mümkündür”.

Bunu tanınmış vəkil Rəşad Əliyev IN Media youtube kanalına müsahibəsində deyib.

“Hazırda Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Bu maddənin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni maddə ilə cinayət işinin ibtidai istintaqı yekunlaşıb məhkəməyə göndərildikdən sonra məhkəmə istintaqı aparılmalıdır. Məhkəmə istintaqından sonra dövlət ittihamçısı cəza istəyəcək və daha sonra məhkəmə hökm çıxaracaq”, - vəkil vurğulayıb.

Qeyd: Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Hazırda istintaq aparılır.

Ətraflı IN Media youtube kanalında:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147955