Rəşad Dağlı əfvə düşür? – Hüquq müdafiəçisindən meyxanaçılara ismarış
2023-01-27 19:59:00

"Rəşad Dağlı sənətkardı, meyxanaçıdır. Onun həmkarları, digər sənət ustaları Mədəniyyət Nazirliyinin vasitəsilə Əfv Komissiyasına məktubla müraciət etməlidirlər".
Hurriyyət.Az xəbər verir ki, bu barədə Şərq.Az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu danışıb.
O ancaq tutulan jurnalist, bloqer və siyasi fəalların əfv edilməsi ilə məşğul olduğunu bildirib:

"20 ildən çoxdur, həbsxanada yatan qaranquşlar, partizanlar, omonçuların əfv olunması üçün müraciət etmişik. Çünki həmin insanlar müharibə iştirakçısı olublar. 20 il həbsdə qalan adını çəkdiklərimiz cani deyillər. Onları buraxsınlar. Rəşad Dağlının qanunla günahsız olduğu elan edilərsə, həbsdən çıxmasını istəyərdim".
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda ictimaiyyət onun azad olunması ilə bağlı böyük çağırışlar edir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya