Rəşad Atakişiyevin həyat yoldaşı: "Hərbi Paradda çıxış edəndə mənə dedi ki..."

2023-01-07 22:53:00

Rəşad Atakişiyevin həyat yoldaşı:

“Rəşadı ülvi duyğularla xatırlayıram. Çünki onun kimi mərd, Vətənini dəlicəsinə sevən bir insanın həyat yoldaşı olmaq özü qürurvericidir".

Hurriyyet.Az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin mərhum zabiti, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, hərbi təyyarəçi, polkovnik-leytinant, şəhid Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva deyib.

O bildirib ki, yoldaşının vəfatından öncəki gün həyatının ən unudulmaz günlərindən biridir:

"Son günümüz çox böyük sevgi və məhəbbət dolu anlarla yadımda qalıb. Həmin günü Rəşad bir başqaydı. Övladlarımızla birgə əyləncə mərkəzlərinin birindəydik. Daha sonra səhər saatlarında işə getdi. Gün ərzində ancaq telefon vasitəsilə əlaqə saxlaya bildik. Son uçuşunu edəcəkdi. Və mənə dedi ki, son uçuşundan sonra evə gələcək. Amma çox təəssüflər olsun ki, acı tale bizi ondan əbədi ayırdı. Onun arzusu övladlarını xoşbəxt görmək idi. Övladlarını ən ali təhsilə yiyələnmiş, ölkəmizin qabaqcıl simaları kimi görmək istəyirdi. Öz peşəsində daha da irəliləmək istəyirdi. O hələ gənc yaşlarından bu arzunu reallaşdırmaq üçün dayanmadan çalışırdı. Öz döyüş yoldaşlarından ən gənc polkovnik –leytinant rütbəsinə ucalmışdı. 33 yaşında hərbi hissə komandiri vəzifəsinə təyin olunmuşdu. O bu uğurları peşəkarlığı, zəhməti ilə qazanmışdı".

Xanımı deyir ki, Rəşadın ən böyük arzusu Qarabağı azad görmək idi:

"Hərbi Paradda çıxış edəndə mənə dedi ki, ən böyük arzum azad Qarabağ səmasında uçmaq və manevrlər göstərməkdir. Çox təəssüflər olsun ki, o bu arzusunu həyata keçirə bilmədi. Mən əminəm ki, onun ruhu şaddır. Çünki Qarabağımız artıq düşmən əsarətindən azad olunub. Ona görə də öz qanlarını, canlarını bu yolda verən şəhidlərimizin, əzizlərimizin ruhu daim şaddır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.232532