Saat:14:12
Haqqımızda

Rəqsanə niyə “vor zakon” kimi danışır?

2022-10-19 11:24:00

Rəqsanə niyə “vor zakon” kimi danışır?

Bir neçə gündür müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Sərxan Kərəmoğlu arasındakı münaqişə barədə səs yazıları yayılmaqdadır.

Hurriyyet.az xəbər verir ki, tərəflər bir-birilərini şəxsi həyatları ilə bağlı ittiham edib. Son yayılan səs yazısında isə S.Kərəmoğlu Rəqsanəni polisə verəcəyini bildirib, qarşı tərəf də buna sərt reaksiya verib. Rəqsanə İsmayılova S.Kərəmoğluna göndərdiyi səsli mesajda hüquq-mühafizə orqanlarını aşağılayıcı tonda saymadığını, heç kimdən çəkinmədiyini bildirib. Kriminal jarqonla danışan müğənni, hətta “Məni polislə qorxudursan? Polis mənə nə edəcək?”, “Mənə heç kim heç nə edə bilməz”, kimi ifadələr işlədib. Rəqsanə, həmçinin bildirib ki, aparıcı Sultanın başına oyun açılarkən onu “bir kəlmə ilə” xilas edib.

O da məlum olub ki, tərəflər arasında qalmaqal Sərxan Kərəmoğlunun Rəqsanənin qızı Aysun barəsində səsləndirdiyi fikirlərdən sonra başlayıb. S.Kərəmoğlu Aysunun evliliyinin saxta olduğunu, onun qeyri-sağlam həyat tərzi sürdüyünü iddia edib. Bundan sonra Rəqsanənin Moskvada yaşayan həyat yoldaşı Fazil Əmiraslanov Sərxana zəng edərək onu təhqir edib. Bu minvalla tərəflər bir-birinin ünvanına bir neçə dəfə təhqir və ittihamlar səsləndiriblər.

Son səs yazısında Rəqsanənin Sərxan Kərəmoğlunun onu polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi qalmaqalı daha da şiddətləndirib. Bu səs yazısında Rəqsanənin avtoritetsayağı danışıq tərzi, dövlət qurumlarını saymadığını bildirməsi isə əlavə müzakirələrə səbəb olub.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki şəxs arasında baş vermiş telefon danışığının yayılmasına görə ilk olaraq səs yazısını yayan şəxs məsuliyyət daşıyır: “Bu kimi hadisələrdə danışıq iki nəfər arasında və gizli baş tutduğundan orada nə danışılması hüquqi məsuliyyət yaratmır. Əgər həmin şəxs polisin ünvanına və ya digər bir şəxsin ünvanına televiziyada, kütləvi tədbirdə, küçədə təhqirlər səsləndirsəydi, bu məsələ Cinayət Məcəlləsi ilə tənzimlənərdi. Lakin şəxsi həyata aid olan şəxsi yazışmalar zamanı səsləndirilən fikirlər cinayət məsuliyyəti yaratmır. Əlbəttə, arzuolunandır ki, insanlar şəxsi danışıq və yazışmalarında da etik qaydalara riayət etsinlər. Bu kimi səs yazılarının ictimailəşməsi ictimai qınaq yarada bilər, şəxslərin nüfuzuna təsir edə bilər. Lakin bir daha qeyd edim ki, telefonda şəxsi danışıqlar zamanı ilk olaraq onu yayan şəxs məsuliyyət daşıyır. Bununla bağlı Cinayət Məcəlləsində 155-ci - yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma maddəsi mövcuddur”.qafqazinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR