RƏQS SƏNƏTİNİN VƏFALI, SƏDAQƏTLİ, ETİBARLI ETİBARI - Əhsən Rəhmanlı yazır

2022-04-26 22:37:00

RƏQS SƏNƏTİNİN VƏFALI, SƏDAQƏTLİ, ETİBARLI ETİBARI - Əhsən Rəhmanlı yazır

Onu mehribanlığı, səmimiyyəti, qəlbiaçıqlığı, ətraındakılara, qohumlara, iş yoldaşlarına və sənət dostlarna sədaqəti ilə tanıyaraq rəğbət bəsləyirlər. Uşaqlıq və gənçlikən başlayaraq ömrünü Azərbaycan rəqs sənətinə həsr edən bu insan son illərə qədər canını bu yolda qoymuş və enerjisini bu sahəyə işləmişdir. Təbii ki, belə adamların canı-qanı sevib-seçdiyi sənətdən yoğrulur. O, hərtərəfli istedada malikdir. Haqqında yazı başladığımız insan ali təhsilli olaraq başqa sahədə də çalışa və özünü tapa bilərdi. Lakin ilkin yaşlardan həvəs göstərib başladığı işə, rəqs sənətinə vəfa, etibar, sədaqət göstərib özünü təsdiq edərək xeyli nailiyyətlərə imza qoydu.

Etibar Şahadət oğlu Zeynalov 1950 -ci il mayın 3-də Bakıda anadan olub. 1957-ci ildə Oktyabr (hazırda Yasamal) rayonundakı 199 saylı ümümtəsli məktəbə daxil olub və vurada 9-cu sinfi bitirib. Sonra təhsili 150 saylı axşam fəhlə-gənclər məktəbində oxuyub, 1970-ci ildə 11-ci sinfi bitirib və həmin il Xarici Dillər İnstitutuna daxil olaraq əyani təhsil alıb. Ali məktəbi 1978-ci ildə bitirib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunda üçaylıq baletmeyster ixtisası üzrə kurs bitirib. İnstitutun rektoru, pedaqoji elmlər doktoru, professor, məşhur şair Aslan Aslanov (1925-1995) bu kursu rəqs sənəti üzrə dərs deyənlər üçün açmışdı. Həmin vaxt bu kursda əsasən əyalətlərdə yaşayıb çalışanları qəbul etmişdilər, Bakıdan isə on nəfər cəlb olunmuşdu. Məqsəd rəqs mütəxəssislərinin biliyini atırmaq və diplomla təmin etmək idi ki, müəllim kimi işləmək hüquqları olsun.

E.Zeynalovun xatirələrindən: “Anam məni bir neçə uşaq musiqi məktəbinə aparmışdı ki, ora qəbul olunum, qəbul etmədilər, çünki solaxay idim. Dedilər ki, bu uşağı yalnız nağara sinfinə götürmək olar. Mənim isə buna həvəsim yox idi. 1958-ci ildə evdən məni Mərkəzi Pioner və Məktəblilər Sarayına apardılar. Böyükağa Məmmədov qabiliyyətimi yoxladı və qəbul etdiyini bildirsə də, mən istəmədim. Bizim məktəb uşaqları və məhəllə yoldaşlarımdan Böyükağa müəllimin rəqs dərnəyinə gedənlər var idi. Onların söhbətləri məni rəqsə həvəsləndirdi. Uşaqlar deyirdilər:-Biz “Artek”ə, “Arlyonok”a səfərlərə gedirik, SSRi-nin çox şəhərlərində çıxış edirik, çox maraqlıdır, sən də gəl oyna. Beləliklə məndə həvəs oyandı və B.Məmmədovun uşaq rəqs ansamblına daxil oldum. 1961-ci ildə Pioner və Məktəblilər evinə Yuri Qaqarinin adını verdilər. Bu kollektivlə Macarıstana, Bolqarıstana və SSRİ-nin əksər böyük şəhərlərinə səfər etdik. Hər yerdə proqramımız marağa dəbəb olurdu. 1963-cü ildə bizim rəqs ansamblının uşaqlarını “Sehirli xalat” filminə çəkdilər. Vaxtılə rəqs ansamblında mənimlə olanlardan bəziləri peşəkar rəqs sənətinə gəldilər. Nümunə olaraq Nazim Əliyev, Sirus Teymurov, Zahid Qasımov və başqalarının adını çəkmək mümkündür. 1967-ci ilə qədər həmin rəqs kolektivində çıxış etdim, çox şey öyrəndim və rəqs sənətinə yaxından bələd oldum”.

Alim Zeynalov Etibarı 1968-ci ildə Dövlət Mahnı və Rəqs Ansamblına aparır. Etibar 1 il burada çalışaraq daha da püxtələşir. Həmin dövrdə filarmoniyanın tərkibində fəaliyyət göstərən, rəhbəri əməkdar incəsənət xadimi, tarzən-bəstəkar Ağası Məşədibəyov olan “Azərbaycan təqanələri” xalq çalğı alətləri ansamblı geniş fəaliyyət göstərir, nəinki Azərbaycanda, qonşu respublikalarda və SSRİ-nin əksər guşələrində konsertlər verirdi. A.Məşədibəyov E.Zeynalovu öz ansamblına dəvət edir. E.Zeynalov burada rəqqaslardan Alim Zeynalov, Aydın Cəfərov və Xoşbəxt Məmmədova ilə birlikdə çalışır. 1970-ci ildə baxış-müsabiqə yolu ilə yeni yaradılan Dövlət Rəqs Ansamblına qəbul olunur. Ali məktəbdə təhsil aldığı üçün konsertlər və səfərlərə deyil, yalnız məşqlərə gedir. Bundan əlavə Ə.Abdullayevin Lenin adına Pedaqoji İnstitutda və M.F.Axundov adına Pedaqoji İnstitutda yaratdığı özfəaliyyət rəqs ansambllarında assistent kimi çalışır. Burada rəqsimizin dərin bilicisi Əlibaba müəllimdən sənətin sirlərini öyrənir və təcrübə qazanır.

Ə.Abdullayev 1973-cü ildə E.Zeynalovu Mahnı və Rəqs Ansamblına aparır. O, bu ansamblda 1il yarım çalışdıqdan sonra SSRİ xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrına dəvət alır.

Etibar Mahnı və Rəqs Ansamblında çalışdığı zaman kütləvi, duet rəqslərdə yaxşı solist kimi tanınıb. “Nazeləmə” rəqsi də onun tanınmasında mühüm rol oynayıb. O, həmin rəqsdə Nailə Mahmudova, Tamilla Eldarova, Afaq Məlikova və Cəmilə Bayramova ilə yaxşı tərəf-müqabil olaraq hər bir ifanı sənət incilərinə çevirə bilib. Etibar ansamblın repertuarındakı bütün kütləvi rəqslərdə, suitalar, kompozisiyalarda bir ifaçı olaraq öz işini görmüş, nəzər-diqqəti cəlb etmiş, sənət yoldaşları və rəhbərlik tərəfindən xoş, səmimi sözlər eşitmişdir. Məşhur “Qaytağı” rəqsinə dah məsuliyyətlə yanaşmışdır. Axı bu rəqsə quruluş verilən zamandan heç vaxt repertuardan düşməyən, neçə-neçə mahir ifaçılar yetirən, bir-birindən bacarıqlı, çevik sənətçilərin öz işini, bacarığını göstərməyə şərait yaradan bu rəqsdə zəif və ya orta səviyyədə oynamaq mümkün deyil. Bu əsərdə mütləq yüksək peşəkarlıq, texniki imkanlar, çeviklik və “tryuk” ifa lazımdır. Etibar buna tam hazır olduğu üçün özündən əvvəlki mahir rəqqasların ifa məsuliyyətini çiynində daşıyaraq “Qaytağı”da hünər göstərmiş, ayaqların barmaq üstə, o çətin, ustalıq, incə çalarlar, həm də əzəmət tələb edən bütün hərəkətləri yerinə yetirmişdir.

E.Zeynalov SSRİ-nin əksər şəhərlərində, Skandinaviya ölkələrində bir-birindən maraqlı, yadda qalan səfərlərdə olaraq milli rəqs sənətimizi ürəklə təbliğ etmişdir. O. 1975-1977-ci illərdə Qazaxıstanda Sovet ordusu sıralarında xidmət etmişdir. İdman rotasında futbolçu olmuşdur. Əsgərlikdən evə dönüb yenə rəqs aləminə qayıtmışdır. Atası ona elmə gəlməyi tövsiyə etsə də, o, sevdiyi, seçdiyi sənətdən bir an da ayrılmadan bu sahəyə öz dəyərli töhfəsini vermişdir.

E.Zeynalov əsgərlikdn sonra Azərbaycan Dövlət Rəqs Ansamblına sənət yolunu davam etmişdir. Milli rəqs sənətində onu yüksəkliyə tullanmaqda, fırlanmalarda, dönmələrdə, ayaq barmaqları üstündə fəndlər göstərənlər sırasında xüsusi ad çıxarmışdır. Bir rəqqas olaraq o, səhnədə daim sərbəst olmuş, quruluş ərkibindəki ən çətin hərəkətləri, “tryuk”ları yerinə yetirmişdir. Belə tələb olunan hərəkətlər rəqsin dinamikasını, təsir gücünü, daha diqqət çəkməsini, baxımlı olmasını artıqmaqla bərabər, ifaçının səviyyəsini, istedadını, bacarığını, üstün cəhətlərini və ustalığını ortaya qoyur. Bu sarıdan Etibar daim göz önündə, ortada nümunə olaraq rəqs sənətkarı olaraq ucalıb.

E.Zeynalov Dölət Rəqs Ansamblının 1981-ci il Hindistan və Nepala 2 aylıq səfərində xüsusi diqqətə malik, olduqca maraqlı sololar göstərmişdi. Həmin ölkələrin mətbuatı bu ansamblın çıxışları haqqında ətraflı yazlar vermiş və foto-şəkillər sərgiləmişdi.

E.Zeynalov SSRİ xalq artisti, vokal sənətinin dünyaca nadir incisi Rəşid Behbudovun (1915-1989) rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrında 2 il çalışmış, əsl solist, çevik və dinamik rəqqas kimi sözünü demişdir. Milli rəqslərimizin əvəzsiz qurucusu Əlibaba Abdullayev (1915-1980) bu teatrda baletmeyster olarkən çoxdankı arzusunu həyata keçirə bilmişdi. O, uzun illər idi ki, “Köhnə Bakı” kompozisiyası üzərində düşünürdü. Baletmeyster Mahnı Teatrında həmin kompozisiyaya quruluş verir. Əsərin teatrlaşdırılması Rusiyanın xalq artisti Ənvər Behbudovun (1912-1994) rejissorluğu ilə başa gəlir. Rəqs-tamaşada bir-birindən maraqlı hadisələr Bakının özündə cərəyan edir. Burada Etibar arı-ayrı obrazlarla səhnəyə çıxır və hər dəfə öz rolunu məharələ yaradaraq xüsusi ustalıq göstərir. Kompozisiyada güləşmə səhnəsi də var. İki rəqqas güləşir və biri qalib gəlir. E.Zeynalovun xatirələrindən: “Güləş səhnəsinin inandırıcı olması üçün “Dinamo” İdman Cəmiyyətindən mütəxəssis dəvət etmişdi. İdman ustası həmin məşqçi bizə güləşmə öyrətmişdi. Odur ki, bu səhnə özünü doğruldur, oyunumuza tamaşaçaşı marağı, sevgisi və alqışlar qazandırırdı”.

“Köhnə Bakı” kompozisiyasında tar, ud, saz alətlərində solo ifalar da sələndirilirdi.

E.Zeynalov bu teatrın proqramında Zita Babazadə ilə “Nazeləmə” rəqsində də çıxış edirdi. Hər biri rəqsin jüjet xətti üzrəində, məzmunu əsasında öz obrazını layiqincə yaradırdı. Tamaşaçıların alqışları kəsilmir və ifaçılar yenidən səhnəyə qaytarılırdı. Dövlət Mahnı Teatrı Avropanın dənizkənarı ölkələrində çıxış edərkən rəqs sənətçilərimizin, bu sırada Etibarın şıdırğı, “tryuk” rəqsləri mühüm dəyər daşıyırdı.

E.Zeynalov təpədən-dırnağa istedaddır. Onun dəyərli, tutumlu səsi, müğənnilik istedadı, bədii-kütləvi tədbirləri, konsertləri idarə etmək bacarığı var.

O, 1994-cü il pensiyaya çıxandan pedaqoji fəaliyyəti ilə də seçilib. Dövlət Uşaq Filarmoniyasında bədii rəhbər olması, qruplara dərs deməsi, uşaqlardan ibarət ansambla əhbərlik etməsi onun həmin dövrə qədər məhsuldar, samballı yaradıcılıq nəticəsində ustad sənətkar səviyyəsinə yüksəlməsinin nəticəsi oldu.

Sənət təşnəsi aşıb-daşan bu bacarıqılı insan 1994-cü ildən Müdafiə Nazrliyinin mahnı və rəqs ansamblının baletmeysteri vəziəsində çalışmışdır.

 

Əhsən RƏHMANLI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya