Saat:20:30
Haqqımızda

RƏQS SƏNƏTİNƏ LAYİQLİ XİDMƏT GÖSTƏRƏNLƏRƏ DƏYƏR VERMƏLİYİK - Əhsən Rəhmanlı yazır

2022-08-09 11:26:00

RƏQS SƏNƏTİNƏ LAYİQLİ XİDMƏT GÖSTƏRƏNLƏRƏ DƏYƏR VERMƏLİYİK - Əhsən Rəhmanlı yazır

Peşəkar rəqs ansamblları yaradılan çağlardan indiki dövrə qədər bu sahədə can-başla, hünərlə, əzmkarlıqla çalışan sənətkarlarmız yüzlərlədir. Onların hər biri milli rəqs sənətinə öz səhifəsini yazıb. Belə sənət adamlarının adını tarixə keçirmək bizim üzərimizə düşür. XX əsrin II yarısında hünər, əzm və sədaqətlə fəaliyyət göstərən rəqs sənətçilərinin əksəriyyəti bu gün aramızda yoxdur.

Tofiq Mirzəxan oğlu Hüseynov 1936-cı ildə Bakıda dünyaya gəlib. 1943-cü ildə 13 saylı ümumtəhsil məktəbin birinci sinfinə daxil olub, burada IV sinfi başa vurub və sonra isə təhsili 199 saylı məktəbdə davam edərək VII sinfi bitiirb. Orta məktəb təhsilini fəhlə-gənclər məktəbdə davam edərək X sinfi burada tamamlayıb. Rəqs sənətində ilk addımlarını 1952-1955-ci illərdə Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayında atıb və burada Əlibaba Abdullayevdən sənət sirlərini mənimsəyib. Onun istedadı ilk anlardan Əlibaba müəlimin diqqətindən yayınmayıb. O, sevimli şagirdi Tofiqi Ehtiyat Əmək Qüvvələri İttifaqının özfəaliyyət rəqs kollektivinə də cəlb edib. Tofiq bu ansamblda da özünü layiqincə göstərə bilib. SSRİ üzrə Ehtiyat Əmək Qüvvələri cəmiyyətlərinin Ümumittifaq Festivalında Azərbaycandan gələn rəqs ansamblı birinci yeri tutub. Sonralar çox məşhur rəqs sənətçiləri olan Tofiq Hüseynov, Kamil Dadaşov, Aliyə Ramazanova başqaları da festival iştirakçısı olublar.

Tofiq Hüseynov sənət fəaliyyətini rəhbəri Hüseyn Rzayev olan Azərbaycan Dövlət Estradasında uğurla davm etdirib. O zamanlar ikinci bir estrada orkestri də olub və Kicik Estrada adlanıb. Bu orkestrin rəhbəri Həsən Rzayev idi.

T.Hüseynov 1958-ci ildə ustadı Ə.Abdullayevin dəvəti ilə Mahnı və Rəqs Ansamblına gəlib və 1979-cu il, pensiya dövrünə qədər burada işləyib. 1959-cu il dekadasının, 1981-ci ildə Moskavada Kremlin Qurultaylar Sarayında keçirilən Azərbaycan incəsənət ustalarının konserinin iştirakçısı olub. Ansamblda çalışdığı illərdə o, “Çobanlar”, “Gənclik” , “Yallı” rəqslərində, “Azərbaycan” və “Dostluq” suitalarında oynadığı soloları ilə xüsusi maraq və diqqət yaradıb. Misir, Tunis, Kipr, İsrail, Türkiyə, Şimali və Cənubi Koreyada səfərlərdə olaraq milli rəqs sənətimizin usta təbliğatçısı olub. Onun Azərbaycan televiziyasındakı solo “Çoban” rəqsi rəğbət qazanmışdı. “Ulduzlar sönmür” bədi filmində, “Ulduz” bədii-musiqili filmində oynadığı rəqslərdə məharət göstərib. O, AzTV-də hər həftə keçirilən “Kinoklub”un da iştirakçısı idi. Ondan müsahbə alarkən T.Hüseynov Ərəbistan səfərini də xüsusi qeyd edirdi. 1965-ci ildə baş tutan bu sıfərdə bəstəkar, ansamblın bədii rəhbəri C.Cahangirov, rəqqasə Roza Cəlilova, müğənni Zeynəb Xanlarova və başqaları da olub. Bu Z.Xanlarovanın ilk səfəri idi.

T.Hüseynovun öz müəllimi Ə.Abdullayev barədə fikirləri: “O, bir ustad, rəqsin akademiki idi. Mən onun sənətinə həmişə səcdə etmişəm, bu gün də dərin hörmətlə xatırlayır və ruhu qarşısında baş əyirəm”.

T.Hüseynov 1977-ci ildə qiyabi yolla M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

O, yaradıcılığını rəqs dərnəklərində, qruplarında rəhbər olaraq davam etdirərək səmərəli və samballı çalışırdı. Ölkədə dövlət müssisələrində çalışanlar üçün yaş senzi tətbiq edilənə qədər Qaradağ qəsəbəsindəki uşaq incəsənət məktəbinin rəqs şöbəsində dərs deyərək kadrlar hazırlanmasında mühüm xidmət göstərib.

Возможно, это изображение 10 человек и люди стоят

T.Hüseynovun ömür-gün yoldaşı Nisə Mustafayeva gözəl səsli müğənni olaraq Azərbaycan Dövlət Filarmoniyaının solsti idi. Oxuduğu muğamlar, xalq və bəstəkar mahnıları ustad tarzən Əhməd Bakıxanovun idarəsilə radionun fonduna yazılaraq yayımlanrdı. AzTV konsertlərində də Nisə Mustafayevanı seyr edirdik. Filarmoniyada, Bakınını tədris və mədəniyyət müəssislərində, əyalətlərdə, kolxoz və sovxozlarda, Sovet respublikalarında Nisə Mustafayevanın konsertləri olurdu. Qastrol səfərlərinə Tofiq Nisə xanımla birgə gedirdi. Nisə xanım uzun illər bundan əvvəl vəfat edib.

Mən 2018-ci ilin ortalarında T.Hüseynovdan müsahibə almaq üçün onun şəhərin mərkəzi hissəsində yaşadığı mənzilə gedərkən o, yataq xəstəsi idi. Yada salındığı üçün çox sevindi, həvəslə müsahibə verdi və təşəkkür etdi. Əlbəttə, kövrək hisslər də yaşadı. Onun haqqında “Kreedo” qəzetində məqaləm çıxarkən aparıb şəxsən T.Hüseynovun özünə təqdim etdim. Xanlar Bəşirovla yazdığımız “Milli rəqs sənəti” kitabını səbrsizliklə gözləyirdi. Üzrlü səbəbə görə nəşr işi yubandı və çox heyf ki, bu kitabı görmək Tofiq kişiyə qismət olmadı.

Tofiq Hüseynov 2019-cu iyul ayında dünyasını dəyişib.

Əhsən RƏHMANLI,

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR