Rəqqasə Fatimədən QƏRİBƏ AÇIQLAMA: “Atam vəfat edəndə, pişiyimiz ağlayırdı” – VİDEO

2022-06-03 23:53:00

Rəqqasə Fatimədən QƏRİBƏ AÇIQLAMA: “Atam vəfat edəndə, pişiyimiz ağlayırdı” – VİDEO

“Məstan” adlı pişiyimiz var idi. O, canımda olan problemi, ağrıları özünə götürürdü. Bir aydan sonra isə Məstanın sinəsində şiş aşkarlandı. Onu həkimə apardıq. Diaqnozu xərçəng oldu. Anam nə qədər ona müalicələr etdirdi”.  

Hurriyyet.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.  

Ölən pişiyindən söz açan sənətçi, onunla bağlı xatirələrini bölüşərək gəhərlənib. Fatimə bildirib ki, atasının ölümünü pişiyi göz yaşı ilə qarşılayıb.  

“Elə məqam olmuşdu ki, biz müflis olduq, hər şeyimizi itirdik. Evimizi satdıq. Pişik müalicə olunduğu zaman biz kirayə bir evə köçdük. Avtomobildən onu qucağımıza aldıq ki evə aparaq. Məstan bizi cırmaqlayaraq, əldən yerə düşüb, qaçdı. İki ay onu axtardıq. Anam bu hadisəyə çox ağladı.  

Çox axtarışlardan sonra onu zibil qutularının yanında ölü vəziyyətdə tapdıq. Güclü hissiyatı vardı. Atam dünyasını dəyişmişdi. Biz qırx məclisi keçirirdik. O, atamın şəklinin atında oturmuşdu, gözündən yaş axırdı”.  

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya