Rəqib futbolçuya kəllə vuran Kadi özü huşunu itirdi - VİDEO
2023-04-24 22:26:00

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələnib.
İkinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub.
Kadi başını rəqibin çiyninə vuraraq yerə yıxılıb.
Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.
Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.
Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.
Redaktor.Az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya