Repetitor yanına getmədən ali məktəbə qəbul niyə mümkünsüz olub? - Azərbaycan təhsilinin sağalmaz dərdi

2022-09-06 10:42:00

Repetitor yanına getmədən ali məktəbə qəbul niyə mümkünsüz olub? - Azərbaycan təhsilinin sağalmaz dərdi

Son dövrlərdə müəllimlərin şagirdləri repetitorluğa cəlb etməsi cəmiyyətdə haqlı narazılığa və etiraza səbəb olur. Hətta bəzi hallarda müəllimlər repetitor hazırlığına gəlməyən şagirdlərə qarşı psixoloji təzyiq və bullinq tətbiq edir. Əksər müəllimlərin dərsdən əlavə müəllimliklə – repetitorluqla məşğul olması təhsil sisteminin ən aktual problemlərindən biridir. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilikləri vermir, bununla da şagirdləri əlavə saatlarda hazırlıqlara sövq etmiş olurlar.

Hurriyyet.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə müsahibəsi zamanı Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, Azərbaycanda hazırda repetitorluq təhsilin ayrılmaz bir hissəsinə çevrilib. Bu daha çox onla bağlıdır ki, orta məktəblərdə şagirdlərə yetərincə bilik verə bilmirik.

“Ümumiyyətlə təhsil tutumlu bütün ölkələrdə repetitorluq mövcuddur. Sadəcə olaraq mahiyyəti fərqlidir. Həmin ölkələrdə insanlar repetitor yanına öz biliklərini daha da genişləndirmək üçün gedirlər. Təəssüf ki, Azərbaycanda hazırda repetitorluq təhsilin ayrılmaz bir hissəsinə çevrilib. Bu daha çox onla bağlıdır ki, orta məktəblərdə şagirdlərə yetərincə bilik verə bilmirik. Azərbaycanda çox zərərli bir tendensiya yaranıb. Birinci sinifdən, hətta ondan bir qədər öncə valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur olurlar. Bunun səbəbi təhsilin məzmunun məktəbdə lazimi səviyyədə şagirdlərə çatdırılmamasıdır. Elm və təhsil nazirliyi yanında ictimai şuranın üzvü olaraq deyə bilərəm ki, bizə bununla bağlı kifayət qədər məlumatlar gəlir. Bir çox müəllimlər hansı ki, çox savadlıdırlar, onlar məktəbdə dərs keçmirlər. Onlar şagirdlərə dərsdən əlavə özlərinin repetitorluq faəliyyətini təklif edirlər. Müəllimin dərs keçdiyi şagird onun repetitorluq xidmətindən istifadə etmirsə, həmin şagirdə məktəbdə müəllim tərəfindən təzyiq edilir.

Digər tərəfdən direktorlarda bu məsələdə kifayət qədər günahkardırlar.Dərs müddəti bitdikdən sonra axşamlar, məktəblərin pəncərələrindən baxdıqda, repetirorluq fəaliyytini müşahidə edə bilərik. Direktorlar həmin müəllimlərdən repetitorluq faəliyyətli ilə məşğul olmaları səbəbindən hər hansı bir ödəniş alırlar. Əlbəttə ki, bu yolverilməzdir. Bu məsələdə cəmiyyətdə günahkardır. Biz hər zaman qeyd edirik ki, bu kimi hallarla rastlaşdıqda Elm və Təhsil nazirliyinə, nazirliyin yanında fəaliyyət göstərən İcitmai şuraya müraciət etsinlər”, – deyə o qeyd edib.

İ. Orucovun sözlərinə görə, repetitorluq xidməti ilə savadlı müəllimlər məşğuldur. Bir çox hallarda müəllimlərlə söhbət edərkən bildirilər ki, bizi bu fəaliyyətlə məşğul olmağa vadar edən səbəblər var.

“Bunlardan biri əməkhaqqının azlığıdır. Lakin mən düşünmürəm ki, burada əməkhaqqının azlığı rol oynayır. Müəllimlər vark,i ayda 100-150 şagirdlə məşğul olur və hər birindən 100-150 manat xidmət haqqı alır. Siz düşünürsüz ki, məktəb həmin məbləğdə müəllimə əməkhaqqı verməlidir? Təbii ki xeyr. Repetitorluq faəliyyətinə qarşı deyiləm. Lakin düşünürəm ki, müəllim repetitorluğu peşəsindən sui- istifədə edərək etməməlidir. Bu kimi hallarla Elm və Təhsil nazirliyi bir qurum olaraq hansısa adminstrativ üsulla mübarizə apara bilməz. Nazirlik məktəb proqramının məzmununun məhz sinifdə şagirdlərə tədris edilməsində maraqlıdır. Çox istərdim ki, bizim şagirdlər məhz məktəbdə əldə etdikləri biliklərin hesabına ali məktbələrə daxil ola bilsinlər. Amma nəzər yetirsək görərik ki ali təhsil müəssisələrinə daxil olan şagirdlərin böyük əksəriyyəti məhz repetitorluq xidmətinin nəticəsindədaxil olurlar. Bu o deməkdir ki, biz məktblərdə şagirdlərə lazımi olan bilikləri verə bilmirik. Repetitorluq xidmətindən bu cür sui-istifadə hallarını əleyhiniyəm. Bu açıq -aşkar qara bazardır və burada xeyli böyük maliyyələr dövr edir. əslində vergidən də yayınırlar. Heç bir repetitor müəllim deyə bilməz ki, rüsum vəya vergi ödəyirəm. Burada bir vicdan əxlaq məsələsidə mövcuddur. Cəmiyyətdə hər zaman nümunə olmalı olan müəllimlər çox təəssüf ki insanlardan bu cür istifadə edir”, – deyə İ. Orucov bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068161