Renzi: Mən Baydeni sevirəm Dəyişiklik lazımdır
2024-07-10 15:37:30

Hurriyyet.az xəbər verir ki, 2014-2016-cı illərdə İtaliyanın Baş naziri olmuş və hazırda İtaliya parlamentində senator olan “İtalia Viva” Partiyasının lideri Renzi qatıldığı proqramda bu il ABŞ-da keçiriləcək prezident seçkilərindən danışıb,
Renzi, "Mən Baydeni sevirəm, vitse-prezident olanda onunla işləmişəm, amma açığını desəm, ayrılmağın vaxtı olduğunu düşünürəm. Çünki o, yaxşı bir prezident, yaxşı vitse-prezident idi, 1972-ci ildən bəri ölkəsinə inanılmaz və böyük xidmət göstərdi. Amma indi şəxsi vəziyyətinə görə, məncə, getmək vaxtıdır." Dəyişiklik lazımdır"deyə qeyd edib.
