Saat:00:00
Haqqımızda

Rektorun kürəkəninə bu qurumda yüksək vəzifə verildi

2025-06-09 16:34:41

Rektorun kürəkəninə bu qurumda yüksək vəzifə verildi

“AZSIĞORTA” ASC-nin Riskləri İdarəetmə Komitəsinin kənar müstəqil üzvü təyin edilib.

Hurriyyet.az xəbər verr ki, bu barədə Direktorlar Şurası qərar qəbul edib.

Qərara əsasən, Şükür Fəxrəddin oğlu İsgəndərov bu vəzifəyə gətirilib.

O, indiyədək “Kapital Bank” ASC, “Turan Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də risklərin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Hazırda “Baku Steel Company” QSC-də Risklərin idarə olunması və daxili nəzarət şöbəsinə rəhbərlik edir, həmçinin “Azmikroinvest” BOKT-un Audit Komitəsinin sədri və Müşahidə Şurasının üzvüdür.

Qeyd edək ki, Ş.İsgəndərov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin kürəkənidir.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100 %-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də 2019-cu ildən "AFB Bank" ASC-nin 99,64 %-lə əsas səhmdarıdır.

Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.133824