Rəisinin Pekin səfəri Çini tərəfinə çəkməyə nail olacaqmı?

2023-02-17 11:43:00

Rəisinin Pekin səfəri Çini tərəfinə çəkməyə nail olacaqmı?

Tehran respublikasının prezidenti İbrahim Rəisi Pekinə üç günlük səfəri sonunda Çin lideri Si Szinpin ilə birgə verdiyi bəyanatda bildiriblər ki, ABŞ-ın rəsmi olaraq Birgə Hərtərəfli Plan kimi tanınan nüvə sazişindən birtərəfli şəkildə çıxması bu əlamətdar sazişi canlandırmaq üçün danışıqlarda mövcud dalana dirənmənin əsas səbəbidir.
Bəyanatda, sözügedən nüvə sazişinin əsas hissəsi kimi sanksiyaların aradan qaldırılmasının və İranın iqtisadi maraqlarının təmin edilməsinin vacibliyi vurğulanaraq qeyd olunub ki, “Bütün müvafiq sanksiyalar JCPOA-nın tam və effektiv şəkildə həyata keçirilməsini asanlaşdırmaq üçün yoxlanıla bilən şəkildə aradan qaldırılmalıdır”.
Bəyanatda deyilir ki, İran və Çin prezidentləri dostluq və yaxınlıq şəraitində bütün sahələrdə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq hadisələri hərtərəfli müzakirə edib və iki ölkə arasında 25 illik strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsinin sürətləndirilməsi də daxil olmaqla geniş razılaşmalar əldə ediblər. 
Bəyanatlarının başqa bir yerində Rəisi və Si nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərqin yaradılmasına qəti dəstəklərini bir daha təkrarlayıblar.
Onlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə İcmal Konfransının İsrailin bu müqaviləyə qoşulmağa məcbur edilməsində və bütün nüvə obyektlərinin MAQATE-nin nəzarəti altında yerləşdirilməsində rolunu vurğuladılar.
İran və Çin prezidentləri də iki ölkənin əsas maraqları, milli suverenlik, ərazi bütövlüyü və milli ləyaqətinin qorunması ilə bağlı məsələlərə güclü dəstəklərini ifadə ediblər.
Bəyanatda deyilir ki, Çin tərəfi xarici qüvvələrin İranın daxili işlərinə qarışmasına, ölkənin sabitlik və təhlükəsizliyinə xələl gətirmək cəhdlərinə qəti şəkildə qarşıdır və Tehranın regional və beynəlxalq məsələlərdə artan rolunu dəstəkləyir. O əlavə edib ki, İran tərəfi də Vahid Çin siyasətinə sadiqliyini davam etdirir.
Tərəflər Fars körfəzində sülh və sabitliyin beynəlxalq təhlükəsizlik və enerji axınında vacib olduğunu vurğulayaraq, Çin tərəfinin İranın qlobal enerji təhlükəsizliyinin qorunmasında mühüm rolunu alqışladığını bildirib.
Tərəflər həmçinin bildiriblər ki, İran-Çin Birgə Ticarət və İqtisadi Komitəsinin 18-ci iclası 2023-cü ildə Tehranda keçiriləcək.
Açıqlamaya görə, Çin prezidenti iranlı həmkarının Tehrana səfər etmək dəvətini qəbul edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.262500