Saat:09:59
Haqqımızda

Rəisi xəstəxananın vurulmasına görə İsraili təhdid etdi

2023-10-18 14:07:25

Rəisi xəstəxananın vurulmasına görə İsraili təhdid etdi

İran Prezidenti İbrahim Rəisi Qəzza zolağında xəstəxananın bombalanmasında İsrail və ABŞ-ı günahlandıraraq qisasla təhdid edib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb.

“Bu gecə Qəzzada Əl-Muamdani (Əl-Əhli) xəstəxanasında yaralı fələstinli qurbanların üzərinə atılan Amerika-İsrail bombalarının alovu tezliklə sionistləri bürüyəcək”, - Rəisi yazıb.

Qeyd edək ki, dünən Qəzzadakı xəstəxananın raketlə vurması nəticəsində 800-dən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.

İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib./axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.958238