Saat:17:23
Haqqımızda

Rəisi Makronu İrana qarşı sanksiyaları ləğv eləməyə çağırıb

2021-11-30 18:10:00

Rəisi Makronu İrana qarşı sanksiyaları ləğv eləməyə çağırıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi fransalı həmkarı Emmanuel Makronu İran əleyhinə sanksiyaları ləğv eləməyə çağırıb.

Rəisi Tehranın nüvə müqaviləsinin öhdəliklərinə əməl elədiyini bildirib.

İranın rəsmi İRNA informasiya agentliyinin verdiyi xəbərə görə iki ölkənin prezidentləri telefonla əlaqə saxlayaraq, “beşlik” üzvləri ilə İran arasında nüvə proqramının bərpası üçün aparılan danışıqlar mövzusunu müzakirə ediblər.

İran Prezidenti ABŞ ilə Avropa ölkələrinin öz öhdəliklərindən imtina eləməsini tənqid edib, Vyanadakı danışıqlarda sanksiyaların ləğv edilməsi üçün İran tərəfinin ciddi səy göstərdiyini əlavə edib.

Rəisi Fransanı məhsuldar danışıqlara və İrana qarşı sanksiyaların ləğv edilməsinə çağırıb.

İran Prezidenti indiki vəziyyəti ABŞ ilə Avropa dövlətlərinin nüvə müqaviləsinin öhdəliklərini pozmasının nəticəsi adlandırıb.

Rəisi İranın MAQATE ilə tam əməkdaşlığa hazır olduğunu bildirərək söyləyib: “Danışıqların davam eləməsi üçün öhdəlikləri pozan tərəflər özlərinə etibarı geri qaytarmalıdırlar”.

Makron da öz növbəsində, Parisin ABŞ-ın nüvə müqaviləsinə qayıtmasının tərəfdarı olduğunu bildirib və İranla “beşlik” ölkələrinin nüvə müqaviləsinin birgə məsuliyyət olduğunu söyləyib.

Onun sözlərinə görə, Fransa məsələlərin həlli üçün İran ilə danışıqları davam eləməyə hazır olduğunu söyləyib.

İranla nüvə müqaviləsinin bərpası ilə bağlı danışıqların yeddinci mərhələsi noyabrın 29-da Vyanada başlayıb.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR