Saat:00:26
Haqqımızda

Rəisi kadr islahatlarına hazırlaşır – Bu, etirazları səngidəcəkmi?

2022-12-03 10:50:00

Rəisi kadr islahatlarına hazırlaşır – Bu, etirazları səngidəcəkmi?

ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, İranda prezident İbrahim Rəisi bəzi məmurları vəzifəsindən azad edə və daha sadiq kadrları həmin postlara təyin edə bilər. Eyni zamanda iğtişaşların qismən səngidiyi də vurğulanıb. Analitiklər bunu Rəisinin aksiyalar başlayandan bəri Kürdüstana ilk səfəri ilə əlaqələndiriblər.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İran hakimiyyətində islahatların keçirilməsi, bəzi məmurların vəzifəsindən azad edilməsi mümkündür:

“Mövcud iqtidar daxili ictimai rəyi dəyişməyə, narazılıqları azaltmağa çalışa bilər. Hakimiyyət bu islahatları xalqa gələcək reformların başlanğıcı kimi təqdim edə bilər. Adətən ölkələrdə etiraz aksiyaları başlayan zaman hakimiyyətlər ciddi islahatlar həyata keçririr, kadr dəyişikliyi edir. Bu mənada ölkədə hansısa məmurların, o cümlədən nazirlərin istefaya göndərilməsi mümkündür. Etirazların səngiyəcəyi isə ağlabatan deyil”.

Müsahibimiz qeyd edib ki, davam edən mitinqlərin arxasında Qərb dayanır, əks halda iğtişaşlar bu qədər mütəşəkkil ola bilməzdi:

“ABŞ və müttəfiqlərinin İranla bağlı konkret hədəfləri var. Cənub qonşumuzda hakimiyyətin devrilməsi istisna deyil. Bütün hallarda Qərb məqsədinə çatmayanadək Tehrandan əl çəkməyəcək. Qərb ölkədə qismən sabitliyin təmin olunduğunu görən kimi yenidən vəziyyəti gərginləşdirəcək. Beləliklə, İranı hələ çox ciddi təhlükələr gözləyir. Bunun əsas səbəbi isə molla rejiminin özüdür”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR