Saat:19:20
Haqqımızda

Rəisi: “İranın Rusiya bazarındakı payı artacaq”

2022-01-20 14:43:00

Rəisi: “İranın Rusiya bazarındakı payı artacaq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi İranın Rusiya bazarındakı payının arta biləcəyini və iki ölkə rəhbərlərinin bu məsələdə həmfikir olduğunu söyləyib.

Rəisi Moskvada iranlılarla görüşü zamanı iki ölkə arasındakı münasibətlərdən danışıb. Rəisi deyib: “İranın Rusiya bazarındakı payı arta bilər. Rusiya Prezidenti də İranın Rusiya bazarındakı payının artacağını söylədi. Əməkdaşlığın gücləndirilməsi üçün problemlərin və əngəllərin aradan qaldırılması niyyətimiz ciddidir. Görüşdən çıxan nəticə budur: hər iki ölkənin rəhbərləri də problemləri aradan qaldırmaq və əlaqələri gücləndirmək istəyir”.

İranın neft naziri Cavad Uci ölkəsinin rəsmi İRNA agentliyinə müsahibə verərək rusiyalı həmkarı Nikolay Şulginov ilə Moskvadakı görüşündən danışıb, Rusiya ilə enerji sahəsində mühüm razılaşmalar imzaladıqlarını və bunun nəticələrini yaxınlarda görəcəklərini söyləyib: “Rusiyanın bir çox böyük şirkəti ilə neft və təbii qaz sahələrinin genişləndirilməsi, neftayırma zavodlarının qurulması və texnologiya transferi ilə bağlı mühüm müqavilələr bağlanıb”.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR