Rəis təyin edilən general kimdir? - Video

2022-12-20 11:46:00

Rəis təyin edilən general kimdir? - Video

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi Aqil Babayev vəzifəsindən azad edilib və onun yerinə Azər İbrahimov təyin edilib.

Hurriyyet.az xəbər verir ki, Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.

“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.

Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175612