Rəis müavininin gəlininin müəmmalı ölümü: Anası nələr danışdı?

2022-06-16 19:38:00

Rəis müavininin gəlininin müəmmalı ölümü: Anası nələr danışdı?

Ötən ilin avqustunda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyevun gəlini Nəbizadə Turan Məmmədəli qızı yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etmişdi.

Anası Yeganə Aslanova 1990-cı il 26 may təvəllüdlü qızı Turanın ölümündə Rauf Tağıyev və ailəsini günahlandırırdı. 

Məsələ ilə bağlı Aslanovlar ailəsi məhkəməyə də müraciət etmiş və Tağıyevlər ailəsinin intiharda əli olduğu barədə iddia irəli sürmüşdü. Hadisənin üzərindən 1 ilə yaxın keçib. 

Yeganə xanım Cebhe.info-ya müraciət edərək işin bağlandığını söyləyib: "Biz buradan - Rusiyadan Kamran Əliyevə şikayət məktubu yazdıq. Oradan cavab gəldi ki, artıq bu iş bağlanıb. Biz yenidən Bakıya gəlib şikayət verəcəyik. Elə burada ürəyim parçalana-parçalana yaşayıram". 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya