Rəis müavini yaralıların vəziyyətini açıqladı - Video
2021-11-30 17:16:00
Bu gün səhər saatlarında Xızıda təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini İlham Mehdiyev yaralıların vəziyyəti ilə son durumu açıqlayıb: “Qəza zamanı yaralanan iki nəfər ayaqüstədirlər. Onlar Dövlət Sərhəd Xidmətinin Hospitalındadır”.
Qeyd edək ki, helikopterin qəzaya uğruması nəticəsində polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarət alıblar. Daha 14 nəfər isə həlak olub.