Rəhim Rəhimlinin gizli sevgilsi: “45-50 yaşda kişilər çaşır”

2022-12-06 17:14:00

Rəhim Rəhimlinin gizli sevgilsi: “45-50 yaşda kişilər çaşır”

Bir neçə gün öncə ARB telekanalında yayımlanan "Maqazin Plyus" verilişində mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi olduğu iddia olunan qız haqda süjet yayımlanıb. 

Çəkiliş komandası Rəhim Rəhimlinin məzarı üstə olub və təsadüfən Rəhimlə eşq yaşadığı iddia edilən xanımı görüblər. Qadın müğənni ilə sevgili olması barədə danışıb. 

Lakin R.Rəhimlinin yaxınları həmin qadının yalan danışdığını iddia ediblər.

Mövzu ilə bağlı yenisabah.az-a danışan müğənni Əli Mirəliyev daima məşhur şəxslərin başına bu cür hadisələrin gəldiyini deyib:

“Elə mən yetimin də başına bu hadisə gəlib. Bir dəfə verilişlərin birində bu barədə danışmışam. Bütün kişi müğənnilər 45-50 yaşında “çaşırlar”. Müvəffəqiyyətlər onlarda başgicəllənmə yaradır, düşürlər eşqin bəlasına, gəzirlər boylana-boylana. Çünki həmin yaşda artıq evdə arvad onları bezdirir, keçirlər eşq macərasına. Axırda birini tapırlar, əgər qız özünü ona caladısa, axırda arvadını boşayıb onu alır, əgər xoşları gəlməsə elə macəra olaraq da gəlib keçir. İllər sonra ordan-burdan belə şeylər ona görə peyda olur. Məlum olur ki, sən demə, uşağı da varmış… Belə şeylər bütün dünyada məşhurların başına gəlir”.

O, R.Rəhimli barədə efirdə danışan qadının saxta şou yaratdığını bildirib:

“Mərhum Rəhim Rəhimli elə insan deyil, o heç vaxt bu aləmin adamı olmayıb, qəribə xasiyyəti vardı. Onlar mənim qızımla birgə konservatoriya oxuyublar. Rəhim gözəl musiqiçi idi, əsas işi müğənnilik yox, mahnı bəstələmək idi, bunu da yaxşı bacarırdı, Allah ona istedad vermişdi. Həyatı qısa  olsa da maraqlı idi. O, çox çətin günlər gördü, güclə özünü dikəltdi, elə dikələn kimi də Allah apardı. Rəhim nə şorgöz olub, nə də gündə biri ilə sevgili olan, ancaq musiqi ilə yaşayıb. Bunu mən özüm də bilirəm, onunla birgə oxuyan qızım da deyib. O, qətiyyən elə adam deyildi.

Efirə çıxıb danışan qadın isə tamamilə şou yaradır! Özü qalıb qıraqda indi rəhmətliyin hesabına performans sərgiləyir. İndikilər belədir. Ay qız, get atlanmağının dalınca!  Belə bir şey olmayıb. Getsin başqa yerdə xoşbəxtliyi axtarsın, cavan adamın bədbəxtliyi üzərində bunu etmək olmaz. O cür sənətçi cavan yaşında dünyadan köçüb, indi çıxıb belə yalanlar danışmağa utanmırlar?”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149140