Rəhbərlik külli miqdarda yanacağı oğurlayıb, günahı işçilərin üstünə atır

İmişli sakini Elnur Ələkbərov: “Oxumam-yazmam olmadığından mənə verilən sənədə qol çəkərək, öz ərizəmlə təsdiq etmişəm ki, guya oğurluqdan mənim də xəbərim var”
İmişli rayon sakini Elnur Ələkbərov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, İmişli şəhər Dəmiryol Stansiyasının müdiri Elşən Vəliyev qərəzli şəkildə ona şər-böhtan atıb:
"Mən, Ələkbərov Elnur, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2011-ci ildən çilingər vəzifəsində işləmişəm. 3-4 il işlədikdən sonra maşinist köməkçisi vəzifəsinə təyin olunmuşam. İşlədiyim müddət ərzində heç bir qüsurum olmayıb. 2022-ci ilə kimi işləmişəm.
Vahid İbadovla Biləcər stansiyasında iş başında olmuşuq. Həmin vaxtı yoxlama gəlir və müəyyən edirlər ki, oğurluq var. İş böyüyüb polisə düşür və Vahid İbadov öz ərizəsində boynuna alır ki, bu oğurluqdan Elnur Ələkbərovun xəbəri yoxdur. Deyib ki, hadisə vaxtı Elnur burada olmayıb, oğurluğu tək etmişəm.
Bu sözü Vahid baş təlimatçı Famil Soltanovun yanında dedi. Mənim oxumam-yazmam olmadığından, mənə verilən sənədə qol çəkmişəm. Özüm o ərizə ilə təsdiq etmişəm ki, guya oğurluqdan mənim də xəbərim var.
Elnur Ələkbərov
Elşən Vəliyev qəsdən işçilərin üstünə oğurluq hadisəsi atır ki, özü təmizə çıxsın. Vahidin ərizəsinin üstündən xətt çəkib, onun adından yazıblar ki, guya, ikimizdə oğurluqda iştirak etmişik. Amma Vahid mənim yanımda dedi ki, Elnurun bu işdən xəbəri yoxdur.
Vasif Quliyev bütün bu oğurluqları ört-basdır edir. Vasif, Elşən, Ramin, Famil əl-bir olub, külli miqdarda yanacağı ələ keçirib, bizim kimi işçilərin boynunda qoyurlar.
Mən bütün səlahiyyəti çatan şəxslərdən xahiş edirəm ki, bu işin araşdırılması və mənim işimə geri qayıtmağım üçün köməklik göstərsinlər”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adlrı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya