Saat:09:05
Haqqımızda

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

2025-02-19 12:33:12

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

Qazax rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə yeni avtomobil alıb.

Hurriyyet.az xəbər verir ki, 32gun.az-a daxil olan məlumata görə, Elşən Babaşzadənin yeni avtomobili “Range Rover”dir. Sözügedən avtomobilin bazar qiyməti orta hesabla 500 min manatdır

Bahalı avtomobilləri ilə gündəm olan E.Babaşzadənin yeni “Range Rover”i nömrəsi ilə də diqqət çəkib. – 77-RR-777…

Xatırladaq ki, Qazax Rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.

Həmçinin ötən illərdə Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olmuşdu.

Bildirilib ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşının 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

İcra Hakimiyyətindən bununla bağlı münasibət öyrənməyə çalışsaq da, mümkün olmayıb.

PS: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176316