"Real" Tçuamenini bu kluba sata bilər - MƏBLƏĞ
2024-12-07 19:57:16
"Real Madrid"in dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni karyerasını digər Avropa nəhəngində davam etdirə bilər.
İnformasiyanı "Defensa Central" yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçunun xidmətində PSJ maraqlıdır. Mənbə "Kral klubu"nun Orelyeni 80-85 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Tçuameni məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Real"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir. \\Fanat.Az
