"Real Madrid"də Xabi Alonsonun gələcəyi ilə bağlı iclas: Zidan gəlir? - SON DƏQİQƏ
2025-12-01 19:24:20
"Real Madrid"də Xabi Alonsonun gələcəyi ilə bağlı təcili iclas keçiriləcək.
İspaniya mətbuatının məlumatına görə, rəhbərlik bu cümə axşamı baş məşqçinin gələcəyini müzakirə etmək üçün təcili toplantı planlaşdırıb.
Komandanın 4–5 aparıcı futbolçusunun mövcud taktiki yanaşmadan narazı olduğu və bunun komandanın oyun keyfiyyətinə mənfi təsir etdiyini düşündüyü bildirilir.
Gərginlik artmaqda davam edir və bəzi futbolçuların Madrid klubunun baş məşqçi postuna Zinəddin Zidanın qayıdışını istədiyi də iddia olunur. \\Offsideplus.az
