Saat:00:32
Haqqımızda

"Real Madrid" və "Liverpul" arasında baş məşqçilərin "domino" effekti

2025-11-25 21:54:28

"Real Madrid”də Xabi Alonsonun mövqeyi getdikcə daha da qeyri-sabitləşir.

Komandanın bir qrup futbolçusu arasında narazılığın yarandığı bildirilir.

Məlumata görə, Alonso “Liverpul”dan rəsmi təklif gələrsə, Enfilddə baş məşqçi postuna keçməyə hazırdır.

“Liverpul”un icraçı direktoru Maykl Edvards uzun müddətdir Alonsonu yüksək qiymətləndirir və Yürgen Kloppun ayrılığından sonra onu əsas namizəd kimi görüb. Lakin Alonso o vaxt “Real Madrid”i seçmişdi.

Hazırda “Liverpul”un çalışdırıcısı Arne Slotun qarşısında ciddi təzyiq var. Komandanın zəif çıxışı davam edərsə, yanvara qədər vəziyyəti dəyişdirməsi tələb olunur. Əks halda, Alonsonun Premyer Liqaya bu dəfə baş məşqçi kimi qayıtması mümkündür.

Bildirilib ki, Alonso klubdan ayrılacağı halda “Real Madrid” müvəqqəti olaraq Zinəddin Zidana üz tuta bilər. \\Offsideplus.az