Saat:23:53
Haqqımızda

Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi

2025-02-06 10:26:17

Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi

Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib. 

Hurriyyet.az xəbər verir ki, sənədi ona Azərbaycan Xarici İşlər Nazirliyi verib.

Xidməti pasportun hansı şəraitdə itdiyi məlum olmasa da, onun etibarsız sayılması barədə elan verilib.

Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213999