Saat:00:53
Haqqımızda

Razılaşdılar: Rusiya qapıları açır, bu ölkədən 1 milyon insan gəlir

2025-07-09 18:15:31

Razılaşdılar: Rusiya qapıları açır, bu ölkədən 1 milyon insan gəlir

Rusiya Hindistandan bir milyon əmək miqrantının ölkəyə girişinə icazə verəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı artıq razılaşmalar əldə olunub.

Əvvəllər Hindistandan əmək miqrasiyasının miqyasından danışarkən Rusiya KİV-ləri 35 minə qədər rəqəmlərə istinad edirdilər. Əsas regionlar – işçi qüvvəsinin istehlakçıları Moskva, Saratov, Ulyanovsk və Rostov vilayətləri, habelə Moskva və Sankt-Peterburq şəhərləri hesab edilib.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı ilə Hindistan arasında azad ticarət zonası haqqında sazişin bağlanması üçün fəal danışıqlar aparılır.

Publika.az