Saat:16:43
Haqqımızda

Razi Nurullayev: “Tofiq Yaqublunun o hala salınması böyük bir qəbahət idi” VİDEO

2021-12-04 00:04:00

Razi Nurullayev: “Tofiq Yaqublunun o hala salınması böyük bir qəbahət idi” VİDEO

“Amma o aksiyaya gedənlər bilirdilər ki, polis bunu dağıdacaq, burda qarşıdurma yaranacaq. Bilənlər bunu bilə-bilə getmişdilər”

“Tofiq Yaqublunun o şəklə salınması böyük bir qəbahət idi”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri bu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili, MCP sədri Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, bu olay ictimai rəyin, müsbət işlərin üzərinə bulud boyda kölgələr saldı: “İnsanı bu cür hala salmaq olmaz. Bu, Azərbaycan dövlətinə, xalqına da lazım deyildi. Aksiyanın keçirilmə müddəti doğru deyldi. 14 şəhidin dəfn günü idi. Siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycanın siyasi reallığının nədən ibarət olduğunu bilir. Hər kəs fərqindədir ki, hüquq-mühafizə orqanlarının, Azərbaycan hakimiyyətinin qanunsuz adlandırdıqları aksiyaya müdaxiləsi necə olur. Həmin gün bu aksiyaya gedənlər bilirdilər ki, polis bunu dağıdacaq, burda qarşıdurma yaranacaq. Bilənlər bunu bilə-bilə getmişdilər. Amma bunların heç biri əsas vermir ki, insanlara qarşı zorakılıq edəsən, insanların siyasi hüquqlarını məhdudlaşdırasan. Hərçənd ki, hakimiyyətin əlində əsas var ki, desin, cəmiyyətin ortasında xaos yaradır, insanların istirahət hüquqlarını məhdudlaşdırır”.

R.Nurullayev qeyd edib ki, biz Ermənistanla və bir neçə cəbhə ilə mübarizə aparırıq: “Bu ərəfədə içərimizdə kimlərsə deyir ki, biz Qarabağı itirmişik, satmışıq. Məsələ burasındadır ki, mənim incik düşməyə, hakimiyyətin bizdən də artıq incik düşməyə haqqı çatır. Çünli biz hansı zülmlə Qarabağı almışıq. Paşinyan bunkerdə yaşadı, övladları rahat küçədə gəzə bilmir. Rusiyanı söyürlər ki, Avropa, Rusiya bizi aldatdı, satdı. Bizdə isə bəziləri radikal şəkildə deyirlər ki, Qarabağı satdıq, verdik. Bunu deyənlər də erməinlərlə bərabərdir”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR