Razi Nurullayev 2 dairənin DEPUTATIDIR? - Özü danışdı

2022-08-27 13:22:00

Razi Nurullayev 2 dairənin DEPUTATIDIR? - Özü danışdı

“Mən işin çoxluğundan şikayətlənmirəm, ancaq həmin seçicilərin öz deputatı olsaydı, üstümdəki yük xeyli azalardı”.

Hurriyyet.az xəbər verir ki, bunu Yenisabah.az-a Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Milli Məclisdə boş qalan yerlərin sayı 6-ya çatıb. Parlamentdə deputatla təmsil olunmayan dairələrdə təkrar seçkilərin keçiriləcəyi proqnozlaşdırılsa da, hələki bu ehtimallar özünü doğrultmayıb.

Bu, iki il yarım müddətində boş qalan həmin dairələrin ərazisində yaşayan seçicilərin hüquqlarının pozulması deyilmi?

Razi Nurullayev bildirib ki, parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməsi ilə bağlı digər millət vəkilləri ilə birgə dəfələrlə məsələ qaldırılıb və bu məsələ daimi olaraq mətbuatda da müzakirəyə çıxarılıb.

“Təəssüflər olsun ki, pandemiya səbəbindən bu məsələyə bir il yarım ərzində baxıla bilmədi. Sonradan isə məsələ ilə bağlı müəyyən müzakirələr aparılsa da yekun qərar qəbul olunmayıb.

Bunu bizim həll etmək səlahiyyətimiz yoxdur. Belə hesab edirəm ki, bu günə qədər parlamentdə keçirilən seçkilərdə boş qalan yerlər olub. Keçən seçkilərdə həmin yerlərə seçkilər keçirilməmişdi. Parlamentin yeni seçkisindən bu günə qədər demək olar ki, 2 ildən çox vaxt keçib. Yenidən seçki keçirilə bilərmi? Məndə bu barədə məlumat yoxdur. Bu məsələ ilə bağlı iqtidar partiyası qərar verir. Ancaq təbii ki, seçki keçirilsə, yaxşı olar.

Boş qalan yerlərdə seçicilərin hüquqlarının pozulması ilə bərabər, həmin əraziyə yaxın ərazilərdən seçilmiş deputatların da üzərinə xeyli yük düşmüş olur.

Məsələn, İmişlidə 79 saylı seçki dairəsində mən seçilmişəm, lakin 80 saylı dairə hələ boşdur və həmin dairənin seçiciləri ilə də məşğul olmaq üçün səlahiyyət mənə verilmişdir. Bu 100 minə yaxın insan deməkdir. Təbii ki, bu zaman mənim üzərimə böyük məsuliyyət və yük düşür. Mən işin çoxluğundan şikayətlənmirəm, ancaq həmin seçicilərin öz deputatı olsaydı, üstümdəki yük xeyli azalardı.

Bu məsələ gündəmdədir. Ümid edirəm ki, dövlət rəhbəri əgər məqbul bilərsə bu məsələnin həll olunması hələ də gec deyil və bununla bağlı qərar verilə bilər. Hər halda yaxşı bir nəticəyə ümid etmək lazımdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.089514