Rasim Məmmədovdan ŞOK ittiham: “Əvəz Zeynallı məni dəfələrlə hədələyib”

2022-09-12 15:23:00

Rasim Məmmədovdan ŞOK ittiham: “Əvəz Zeynallı məni dəfələrlə hədələyib”

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov sərbəst ifadə verib.

Hurriyyet.az xəbər verir ki, R. Məmmədov ilkin olaraq məhkəmədə “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallının həbsi ilə bağlı danışıb. 

“Əvəz Zeynallı barəsində sözümü demək istəyirəm. Əvəz jurnalist deyil, cinayətkardır. Neçə ildir mənə təzyiq edir, pul tələb edir. Bu gün də mənim uşaqlarıma eynisini edir. Məni dəfələrlə hədələyib. 2005-2020-ci illərdə məndən pul tələb edirdi. Uşaqlarıma gizli nömrələrlə zəng elətdirirdi.”

Rasim Məmmədov həmçinin ifadəsində bildirib ki, o “Baku Steel Company”də 2008-ci ildən çalışmağa başlayıb. 

“Həmin vaxt şirkətin 25 faizi mənə, 75 faiz digər iki şərikə aid idi. O vaxt elə bir vəziyyət idi ki, şirkət heç kimə lazım deyildi. 2011-ci ildə iki dəfə olmaqla ümumilikdə 30 milyon pul verib zavodu aldım”.

Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibətini bildirib. O bildirib ki, R. Məmmədov Ə. Zeynallının cinayət işi ilə bağlı yetərincə məlumat verib və bu məlumatlar aktlaşdırılaraq prokurorluğa göndərilməlidir.

R. Məmmədovun vəkilləri məhkəmədə vəsatət qaldırıb. Onlar Elçin Sadıqovun həbsi ilə bağlı qərarın dəyişə biləcəyini deyərək bildiriblər ki, E. Sadıqov işə gələ bilər. Bu səbəbdən də məhkəmədən vaxt istəyiblər. Hakim iki vəkilin olduğunu nəzərə çatdıraraq prosesin davam etdirilməsinə qərar verib.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059392